• 13 May 2025
logo
Çində sutka ərzində 12 nəfər koronavirusa yoluxub

Çində sutka ərzində 12 nəfər koronavirusa yoluxub

Son sutka ərzində Çində yeni növ koronavirusa yoluxanların sayı 12 nəfər artıb, ölən yoxdur.

Bu barədə Çinin Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Yoluxanlardan 12 nəfər xaricdən gəlib. Xaricdən gələn yoluxanların ümumi sayı 1583 nəfərə çatıb, onlardan 841-i hələ də müalicə alırlar (43 vəziyyəti ağır olaraq qiymətləndirilir), 742 nəfər sağalaraq evə buraxılıb.

Çin daxilində daha dörd yeni koronavirus infeksiyası aşkar edilib: Heylutsyan vilayətində (3 nəfər) və Daxili Monqolustan muxtar rayonunda.

Çində yeni tip koronavirusa yoluxanların ümumi sayı 82 747 nəfərə çatıb, 77 084 nəfər sağalıb, 4 632 ölüb. Daha 1031 nəfər hələ də müalicə alırlar, onlardan 81 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.