• 8 Sentyabr 2024
logo
Rusiya 5 ildən sonra elə bir gücə sahib olacaq ki... - Almaniya

Rusiya 5 ildən sonra elə bir gücə sahib olacaq ki... - Almaniya

Rusiya hərbi qüdrətini artırmaqda, xüsusən də tank istehsalında NATO ölkələrindən üstündür.

Baymedia.az xəbər verir ki, bunu Bundesverin (Almaniya Silahlı Qüvvələri) baş müfəttişi Karsten Broyer deyib.

"Rusiya ordusu hər il mindən min beş yüzədək əlavə tank istehsal edir. Avropanın ən böyük NATO üzvü olan beş ölkə onların yalnız yarısına sahibdir. Bundesverin təxminən 300 tankı var. 5-8 ildən sonra Rusiya ordusu elə bir canlı qüvvə və texnika ilə təmin olunacaq ki, NATO-ya hücum imkanına çatacaq”, - deyə o bildirib.