• 8 Sentyabr 2024
logo
“Ceyş əl-Ədl” SEPAH-ın 9 casusunu ələ keçirdi

“Ceyş əl-Ədl” SEPAH-ın 9 casusunu ələ keçirdi

İranda sünni məzhəbli etnik bəlucların silahlı təşkilatı olan “Ceyş əl-Ədl” qruplaşması SEPAH-a bağlı 9 nəfəri girov götürdüyünü bildirib.

Baymedia.az xəbər verir ki, bu barədə qruplaşmanın bəyanatında deyilib.

Bildirilib ki, saxlanılan şəxslər İran, Pakistan və Əfqanistandan olan SEPAH-a bağlı casus qrupunun üzvləridirlər.

Əməliyyatlar zamanı “Ceyş əl-Ədl” təşkilatının 2 üzvünün öldüyü qeyd edilib.