• 8 Sentyabr 2024
logo
Kölndə aviauçuşlar dayandırıldı - Aksiya

Kölndə aviauçuşlar dayandırıldı - Aksiya

Almaniyada iqlim fəallarının keçirdiyi aksiya səbəbindən Köln/Bonn hava limanında uçuşlar dayandırılıb.

Baymedia.az xəbər verir ki, bu barədə Köln polisi məlumat yayıb.

“Letzte Generation” (Son nəsil) qrupunun X hesabında etdiyi paylaşımda bildirilib ki, aksiyada fosil yanacaqların 2030-cu ilə qədər istehlakdan yığışdırılması tələb olunur.

Paylaşımda həmçinin nümayişin beynəlxalq etiraz kampaniyasının bir parçası olduğu, oxşar aksiyaların eyni vaxtda İngiltərə, Avstraliya, Niderland, İsveçrə, Kanada, ABŞ, Şotlandiya və Norveç kimi ölkələrdə də keçirildiyi vurğulanıb.