• 8 Sentyabr 2024
logo
Ermənilərə pul ayıran müharibə fondu... - Zaxarova

Ermənilərə pul ayıran müharibə fondu... - Zaxarova

Biz dəfələrlə qeyd etmişik ki, AB sülh potensialını hətta sözlərində də itirib.

Baymedia.az xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova AB-nin Ermənistana 10 milyon dollar hərbi yardım ayırması ilə bağlı xəbəri münasibət bildirərkən bunu deyib.

O qeyd edib ki, postsovet məkanını hərbi qarşıdurma zonasına çevirmək üçün hər şey edilir.

"AB-nin Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro göndərmək planlarının arxasında öz dağıdıcı təsirini Cənubi Qafqazda yaymaq üçün aparılan geosiyasi hesablamalar dayanır. Yaxşı, kollektiv Qərb xəritədə bir qaynar nöqtəli bölgənin az olacağına necə dözə bilər!? Avropa Sülh Fondu isə sülh deyil, müharibə haqqındadır. Sual vermək olar - çoxsaylı böyük münaqişələrin yaşandığı bir regionda müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından 10 milyon dollarla nə etmək olar. Amma öz siyasətini və müdafiəsini necə quracağına qərar vermək suveren ölkənin öz işidir”, - Zaxarova deyib.

O əlavə edib ki, Avropanın bu cür yardımının sülhməramlı gündəmə yönəldiyinə dair bir fakt yoxdur, lakin bu pulların münaqişələri qızışdırmaq üçün istifadə edilməsinin müşahidə olunduğu bir çox hallar var.