• 8 Sentyabr 2024
logo
Kiyevdən Moskvadakı hücuma reaksiya

Kiyevdən Moskvadakı hücuma reaksiya

Kiyevin Moskvanın şimalında avtomobilin partlaması ilə heç bir əlaqəsi yoxdur.

Baymedia.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Başa düşdüyüm qədər, onun maşınında qaz avadanlıqları nasaz olub. Bizim bununla heç bir əlaqəmiz yoxdur. Təbii ki, bundan sonra hansı versiyaların irəli sürülücəyini diqqətlə izləyəcəyik”, - Podolyak bildirib.

Qeyd edək ki, rus zabitin maşını partladılıb. Nəticədə zabitin ayaqları amputasiya olunub, onun xanımı isə qəlpə yaraları alıb.

Avtomobilin qazla işləmədiyi bildirilib. “Maş” Teleqram kanalı isə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının peyk rabitəsi üzrə bölməsinin rəis müavini Andrey Torqaşovun maşınına bomba qoyulduğunu əks etdirən görüntü yayıb.