• 8 Sentyabr 2024
logo
Kobaxidzedən şok: Trampa sui-qəsdi onlar edib

Kobaxidzedən şok: Trampa sui-qəsdi onlar edib

İvanişviliyə sui-qəsd Trampı öldürməyə cəhd edənlər tərəfindən hazırlanıb.

Baymedia.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, Slovakiyanın Baş naziri Robert Fitso və Donald Trampa qarşı sui-qəsd təşkil edən eyni qüvvələr hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının qurucusu Bidzina İvanişvilini də öldürməyə cəhd ediblər.

“Son dövrdə iki terror aktı törədilib - biri Slovakiyada, ikincisi ABŞ-da. Bu, eyni qlobal siyasi qüvvələri səciyyələndirən ümumi üslubdur”, - baş nazir deyib.

Qeyd edək ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti hakim Gürcü Arzusu Partiyasının təsisçisi və fəxri sədri, milyarder Bidzina İvanişviliyə qarşı sui-qəsd planı ilə bağlı açıqlama yayıb. Bildirilib ki, faktla bağlı araşdırmalar başlayıb, planlaşdırılan sui-qəsd və digər cinayət əməllərinin təşkilatçıları Gürcüstanın hazırda Ukraynada olan keçmiş yüksək rütbəli dövlət və hökumət rəsmiləridir.