Hava hücumundan müdafiə sistemləri gecə ərzində Belqorod, Bryansk və Kursk vilayətləri üzərində beş ədəd PUA vurub.
Baymedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ötən gecə Kiyevin Rusiya ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Ukraynaya məxsus 5 ədəd PUA növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, - məlumatda deyilir.