• 30 Dekabr 2024
logo
Rusiyanın dərinliyinə zərbə endirilsə, nəticəsi bu olacaq

Rusiyanın dərinliyinə zərbə endirilsə, nəticəsi bu olacaq

Kiyev Rusiyanın 300 kilometr dərinliyində Qərbin uzaqmənzilli raketləri ilə zərbələr endirmək üçün icazə alarsa, Rusiya döyüş təyyarələrinin 80%-dən çoxu Ukrayna hava məkanında döyüş tapşırıqlarını yerinə yetirə bilməyəcək.

Baymedia.az xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko bildirib.

"Hava dəstəyi olmadan piyadaların hücum imkanları, xüsusiyyətləri və effektivliyi nəzərə alınmaqla, ümumi atəş potensialının 30%-i zəiflədiləcək", - o söyləyib.