AB ABŞ-ın iştirakı olmadan 2024-cü ilin sonuna qədər Ukraynaya təxminən 44,48 milyard dollarlıq yeni kredit verməyə razılaşıb.
Baymedia.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” üç avropalı məmura istinadən məlumat yayıb.
“Bu cür birtərəfli addım Brüsselin ABŞ-ın Rusiyaya dondurulmuş aktivləri ilə kreditin ödənilməsində iştirak etmək üçün lazım olan zəmanətləri verməyə Budapeştin mane olacağı qorxusu fonunda atıla bilər. Orban hökuməti qərarı ABŞ prezident seçkisinə qədər təxirə salmağa çalışır, lakin AB yardımın 2024-cü ilin sonuna qədər Kiyevə çatmasını təmin etmək məqsədilə indidən alternativ hazırlamalıdır”, - mənbə bildirib.
Qeyd olunur ki, yeni kreditin ayrılması yardımın genişləndirilməsi kimi qiymətləndiriləcək və bunun üçün Macarıstanın vetosundan yan keçməyə kömək edəcək yekdil səs deyil, AB-yə üzv ölkələrin əksəriyyətinin dəstəyi tələb olunacaq.