• 21 Dekabr 2024
logo
Moldova AB-yə Dnestryanı olmadan da daxil ola bilər

Moldova AB-yə Dnestryanı olmadan da daxil ola bilər

Kişinyov AB-yə daxil olana qədər Dnestryanı ilə münaqişəni həll edəcəyimizə ümid edirəm.

Baymedia.az xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.

Sandu ölkəsinin tanınmamış respublikanın ərazisi olmadan birliyə qoşulacağını da istisna etməyib:

“Yaxın bir neçə ildə sürətlə uğur qazana bilməsək, bu o demək deyil ki, Avropaya inteqrasiyanı 10 və ya 20 il təxirə salacağıq. Bu bizim üçün həll yolu deyil. Biz hamımız birlikdə inteqrasiya etmək istəyirik”.