• 19 Sentyabr 2024
logo
Paşinyan “qayıtmarıq” dedi - KTMT-dən cavab

Paşinyan “qayıtmarıq” dedi - KTMT-dən cavab

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanı bərabərhüquqlu tərəfdaş hesab etməkdə davam edir və bütün məsələlər üzrə dialoqa hazırdır.

Baymedia.az xəbər verir ki, bunu qurumun baş katibi İmanqali Tasmaqambetov deyib.

O qeyd edib ki, Ermənistan nümayəndələri KTMT-nin Rusiya, Qazaxıstan və Qırğızıstanda keçirilən silsilə birgə təlimlərində iştirak etməyiblər. Bununla belə, KTMT rəhbərliyi hələ də Ermənistana təşkilat formatında bərabərhüquqlu tərəfdaş kimi baxır:

“Biz İrəvandan olan həmkarlarımızla aktual məsələlərin bütün spektri üzrə dialoqa hazırıq”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan KTMT-nin ölkəsinin suverenliyinə təhdid olduğunu, buna görə də bu qurumda fəaliyyətlərini dondurduqlarını, geri qayıtmalarının isə mümkünsüz olduğunu açıqlayıb.