ABŞ-dakı rus diplomatları fiziki zorakılıqla təhdid olunurlar.
Baymedia.az xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.
Onun sözlərinə görə, noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkisi ərəfəsində diplomatların ölkədə işləməsi çətinləşir:
“Ölkəmizin rəhbərliyinə qarşı təxribat xarakterli şüar və təhqirlərlə müşayiət olunan aqresiv nümayişlər, diplomatlara, eləcə də şəxsən səfirə fiziki zorakılıqla bağlı təhdidlər bunu təsdiqləyir”.
Antonov əlavə edib ki, Rusiya ABŞ-ın daxili siyasətinə müdaxilə ilə bağlı tez-tez ittihamlar eşidir:
“Lakin Vaşinqton Moskvaya müvafiq sübut təqdim etmir”.