İsrailin hava hücumu nəticəsində ölən Hizbullah təşkilatının rəhbəri Həsən Nəsrullah müvəqqəti olaraq gizli şəkildə dəfn edilib.
Baymedia.az xəbər verir ki, bu barədə “Frans Press” Hizbullaha yaxın mənbəyə istinadla məlumat verib.
"Həsən Nəsrullahın meyiti İsrailin hücum təhlükəsinin qorxusundan müvəqqəti bir yerdə gizli dəfn edilib", - məlumatda bildirilib.
Qeyd edək ki, Hizbullah Nəsrullahın meyitinin oktyabrın 4-də basdırılacağı barədə bəyanat yaymışdı.