Rusiya hərbi aviasiyasının Xarkov şəhərinə aviazərbələri nəticəsində azı 11 nəfər yaralanıb.
APA-nın xəbərinə görə, bu barədə məlumatı “UNIAN“a şəhərin meri İqor Terexov verib yayıb.
O, dağıntılar altında iki nəfərin qaldığını da açıqlayıb.
Merin sözlərinə görə, hadisə nəticəsində şəhərdə genişmiqyaslı yanğın başlayıb.