• 21 Dekabr 2024
logo
Peskov Tramp prezidentlikdən getdikdən sonra Putinin onunla 7 dəfə zəngləşməsi iddialarını təkzib edib

Peskov Tramp prezidentlikdən getdikdən sonra Putinin onunla 7 dəfə zəngləşməsi iddialarını təkzib edib

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-nin 45-ci prezidenti Donald Tramp arasında 2021-ci ildən bəri 7 dəfə telefon danışığının olması barədə xəbərlər həqiqətəuyğun deyil.

APA-nın TASS-a istinadən xəbərinə görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Bununla yanaşı, o COVID19 pandemiyasının başladığı ilk vaxtlarda ABŞ-nin Rusiyaya analizlərin aparılması üçün avadanlıq tədarük etdiyini təsdiqləyib.

D.Peskovun sözlərinə görə, rəsmi Moskva da ABŞ-yə sözü gedən testlərin həyata keçirilməsi üçün avadanlıq göndərib.

Qeyd edək ki, “The Washington Post“ nəşrinin redaktorlarından Bob Vudvord belə bir iddia ilə çıxış etmişdi.