• 8 Yanvar 2025
logo
ABŞ Suriyaya humanitar yardımın çatdırılmasına qoyulan məhdudiyyətləri yüngülləşdirəcək

ABŞ Suriyaya humanitar yardımın çatdırılmasına qoyulan məhdudiyyətləri yüngülləşdirəcək

ABŞ Suriyaya humanitar yardımın çatdırılmasına qoyulan məhdudiyyətləri yumşaltmaq niyyətindədir.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, ABŞ prezidenti Co Baydenin administrasiyası öz qərarını yanvarın 6-da açıqlamaq niyyətindədir.

Nəşr onu da qeyd edib ki, Vaşinqton yeni hakimiyyətin ölkəyə hansı istiqamət verdiyini başa düşməyincə, anti-Suriya sanksiyalarını ləğv etmək fikrində deyil.

Suriyaya humanitar yardım göstərənlər üçün məhdudiyyətlərin yumşaldılmasının altı ay davam edəcəyi gözlənilir.