Türkiyə Tramp dövründə ABŞ-la daha güclü əlaqələr saxlamaq istəyir.
Bunu Türkiyənin xarici işlər naziri Hakan yerli və xarici jurnalistlərlə mətbuat konfransında deyib.
“Türkiyə və ABŞ bir-birinə ehtiyacı olan iki ölkədir. Trampın Türkiyənin rolu ilə bağlı açıqlamalarını izlədik. Biz Tramp dövründə ABŞ-la daha güclü əlaqələr saxlamaq istəyirik”, - XİN rəhbəri qeyd edib.