Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının tərəfdarı olduğunu bildirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Lavrov bu gün keçirdiyi illik brifinqdə Hindistan və Braziliya, eləcə də Afrika ölkələrinin BMT Təhlükəsizlik Şurasında çoxdan daimi üzvlüyə layiqdirlər.
Lavrov qeyd edib ki, Hindistan, Braziliya və Afrika ölkələri çoxdan BMT Təhlükəsizlik Şurasında “daimi yaşayış icazəsi”nə layiqdirlər, lakin Almaniya və Yaponiya ora daxil ola bilməyəcək.