Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvaya səfərə dəvət olunub.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında rəsmi İrəvanın qərbyönümlü siyasət yürütməsinə, eləcə də Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayacağına münasibət bildirərkən deyib.
Rusiya xarici işlər naziri Ermənistanla dialoqun davam etdiyini əlavə edib. Qeyd edib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvaya səfərə dəvət olunub. "O, dəvəti qəbul edib. Biz onun səfərini gözləyirik", - Lavrov qeyd edib.