• 11 Mart 2025
logo
Rusiya-ABŞ danışıqlarının yeni raundu bu həftə planlaşdırılmır

Rusiya-ABŞ danışıqlarının yeni raundu bu həftə planlaşdırılmır

Rusiya və ABŞ arasında Səudiyyə Ərəbistanında danışıqların yeni raundu bu həftə planlaşdırılmır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Qeyd edık ki, CNN bu həftə Ər-Riyadda ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar keçiriləcəyi və danışıqlarda Rusiya nümayəndə heyətinin də iştirak edəcəyi barədə məlumat yayıb.

Xatırladaq ki, Rusiya və ABŞ yüksək səviyyəli nümayəndələri arasında ilk görüş bu il fevralın 18-də Ər-Riyadda keçirilib.