Çinin ticarət dövriyyəsinin müsbət saldosu 39 ilin rekordunu vurub
Bu ilin may ayında Çinin ümumi ticarət dövriyyəsinin müsbət saldosu 62,93 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 1981-ci ildən bəri ən yüksək göstəricidir.
"Reuters"in verdiyi məlumata görə, illik müqayisədə ölkənin ixracı 16,7%, idxalı isə 14,2% azalıb. Bu, 2016-cı ilin yanvar ayından bəri ən kəskin azalmadır. Bildirilir ki, Çinin ixracı Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) bazarından və yuanın məzənnəsinin dəyərsizləşməsindən bəhrələnib. İdxalın azalmasına isə daxili tələbatın və malların qiymətinin azalması təsir edib.
Təkcə may ayının birinci yarısında Çin 8,9 mlrd. dollar dəyərində tibbi ləvazimat ixrac edib.
Qeyd edək ki, Çinin ABŞ-la ticarət dövriyyəsinin müsbət saldosu da artaraq 27,9 mlrd. dollara çatıb.
Digər xəbərlər
30 Aprel 2025 10:03
4 165
29 Aprel 2025 12:35
4 578
29 Aprel 2025 12:34
4 550
25 Aprel 2025 10:51
5 845
21 Aprel 2025 12:19
6 027
21 Aprel 2025 09:56
5 796
18 Aprel 2025 13:55
7 224
17 Aprel 2025 11:47
6 405