Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 yoluxma halı qeydə alınıb.
Bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərşivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 946 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 3310
nəfər karantində saxlanılır, 203 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 825 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.