• 26 Dekabr 2024
logo
Paşinyanın arvadı Ermənistan KİV-nə qarşı

Paşinyanın arvadı Ermənistan KİV-nə qarşı

Anna Akopyanın ofisi: “Erməni mediası siyasətçilər və iş adamları haqqında yalan və böhtan xarakterli məlumatlar yaymamaq üçün onlardan kifayət qədər vəsait tələb edir”

Ermənistanda yayımlanan “İrates” qəzeti baş nazir Nikol Paşinyanın arvadı Anna Akopyanın rəhbərlik etdiyi fondla bağlı sensasiya xarakterli məlumatlar yayım. Qəzet iddia edir ki, iş adamlarını Anna Akopyanın fonduna böyük vəsaitlər ödəməyə məcbur edirlər. Mətbu orqanın yazdığına görə, əvvəllər belə ödənişlərin qarşılığında iş adamlarına vergi güzəştləri tətbiq olunurdu. Hazırda isə bu güzəştlər aradan qaldırılıb.
Anna Akopyanın ofisi “İrates” qəzetində dərc olunan məqalə ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda qeyd olunur ki, məqalə keçmiş yüksək rütbəli məmurun oğlunun sifarişi ilə hazırlanıb və bu yazıya görə qəzetə külli müqdarda vəsait ödənilib.
Bəyanatda Ermənistan mediasının şantajla, reketlə məşğul olduğu vurğulanır: “Bizdə olan məlumata görə bəzi siyasi xadimlər və iş adamları bir sıra kütləvi informasiya vasitələrindən şikayətlənirlər və bildirirlər ki, erməni mediası haqlarında yalan və böhtan xarakterli məlumatlar yaymamaq üçün onlardan kifayət qədər vəsait tələb edir”.