• 3 İyul 2025
logo
İranın yeni səfiri Azərbaycana gəlib

İranın yeni səfiri Azərbaycana gəlib

İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi bu gün Astara sərhəd keçid məntəqəsi vasitəsilə Azərbaycana gəlib.

APA-nın Tehran bürosunun məlumatına görə, A. Musəvini Bakıda İran səfirliyinin diplomatları və Ali Liderin Bakıdakı nümayəndəsi Əli Əkbər Ocaqnejad qarşılayıb.

A. Musəvi sabiq səfir Cavad Cahangirzadəni əvəz edəcək.