• 10 İyul 2025
logo
Gürcüstanda bir gündə 508 nəfər koronavirusa yoluxub

Gürcüstanda bir gündə 508 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 508 yoluxma halı qeydə alınıb, 4 nəfər ölüb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 9 753 nəfərə, ölənlərin sayı 62 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5 655 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 5 235 nəfərin sağaldığı bildirilir.