• 12 İyul 2025
logo
Rusiyada koronavirusa gündəlik yoluxma və ölüm saylarında rekord qeydə alınıb

Rusiyada koronavirusa gündəlik yoluxma və ölüm saylarında rekord qeydə alınıb

Rusiyada koronavirusa yoluxanların sayı 1,32 milyon nəfəri keçib.

Ölkədə son sutka ərzində 13 868 nəfər virusa yoluxub, 244 nəfər isə həyatını itirib.

Həm gündəlik yoluxma, həm də ölüm sayında rekord qeydə alınıb.

Bu günə qədər Rusiyada 1 326 178 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 22 966 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 031 785 nəfər virusdan sağalıb, 271 427 nəfərin müalicəsi isə davam edir.