• 26 Dekabr 2024
logo
Şahzadə Harri Britaniyaya geri dönüb

Şahzadə Harri Britaniyaya geri dönüb

Uels Şahzadəsi Harri aprelin 17-də Şahzadə Filipin dəfn mərasimində iştirak etmək üçün bu gün Los Ancelesdan Britaniyaya qayıdıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Şahzadə Harrinin Kensinqton sarayına getdiyi deyilir.

Qeyd edək ki, onun hamilə olan həyat yoldaşı Meqan Marklın səyahəti həkimlər tərəfindən tövsiyə edilmədiyi üçün o, mərasimdə iştirak etməyəcək.

Xatırladaq ki, Şahzadə Filipin yas mərasimi Vindsor Sarayında ictimaiyyətə bağlı keçiriləcək. Hazırda İngiltərədə koronavirus qaydalarına görə, dəfn mərasimlərində ən çox 30 insan iştirak edə bilər. Bundan əlavə, xaricdən gələn qonaqlar 10 gün özlərini təcrid etməlidir. Buna baxmayaraq, Şahzadə Harri xüsusi səbəbə görə dəfndə tədric olunmadan iştirak edə biləcək. Britaniyanın Baş naziri Boris Conson isə dəfn mərasimində mümkün qədər daha çox ailə üzvünün iştirakına imkan yaratmaq üçün mərasimə qatılmayacağını bildirib.