İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 10 404 nəfərin yoluxduğu təsdiqlənib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 373 nəfər bu virusdan ölüb.
Həmçinin infeksiyadan ölənlərin ümumi sayı 119 912 nəfərə çatıb. Ölkədə hazırda 448 149 aktiv koronavirus xəstəsi var, onlardan 2748-i ağır vəziyyətdədir.
Bütün pandemiya dövrü ərzində virusa yoluxmuş 3 981 512 nəfərdən 3 413 451 (son sutkada 14 688 nəfər) sağalıb.