• 13 May 2025
logo
İranda koronavirusdan ölənlərin sayı 73 mini ötüb

İranda koronavirusdan ölənlərin sayı 73 mini ötüb

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 344 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla da İranda koronavirusdan ölənlərin sayı 73 219 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 20 150 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 2 575 737 nəfərə çatıb.