İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Abadan rayonunda neft şirkətinin işçilərini aparan avtobus aşıb.
Trend-in məlumatına görə, bunu İranın Xuzistan vilayəti Abadan rayonunun təcili yardım idarəsinin rəhbəri Əmin Mənsur deyib.
Ə.Mənsurun sözlərinə görə, hadisə bu gün səhər saatlarında Abadan-Mahşəhr youlnda baş verib.
İdarə rəhbəri əlavə edib ki, hadisə nəticəsində indiyədək 1 nəfər həlak olub, 21 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Abadan Neftayırma şirkətinin işçiləri Mahşəhr ixracat limanına iş yerinə gedirmişlər.