• 6 İyul 2025
logo
Meksikada sərnişin abtobusu aşıb, 6 nəfər ölüb, 18 nəfər yaralanıb

Meksikada sərnişin abtobusu aşıb, 6 nəfər ölüb, 18 nəfər yaralanıb

Meksikanın Puebla ştatında ağır avtobus qəzası baş verib.

APA “Milenio” nəşrinə istinadən xəbər verir ki, sərxoş sərnişinin sürücüyə hücum etməsi səbəbindən idarəetmədən çıxan avtobus aşıb.
Hadisə nəticəsində 6 sərnişin ölüb, 18-i yaralanıb.

Xəsarət alanların vəziyyəti ağır qiymətləndirilir.

Sərxoş sərnişin hadisə yerindən qaçmağa çalışsa da, polis tərəfindən saxlanılıb.