• 15 Yanvar 2025
logo
Türkiyə, Pakistan, Tunis və Fələstin XİN başçıları Nyu-Yorka gedir

Türkiyə, Pakistan, Tunis və Fələstin XİN başçıları Nyu-Yorka gedir

Türkiyə, Pakistan, Tunis və Fələstin xarici işlər nazirləri BMT Baş Assambleyasının Qəzza ətrafında yaranan vəziyyətlə bağlı iclasında iştirak edəcək.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat Xidmətinin yaydığı məlumata görə, mayın 20-də Nyu-Yorkda BMT-nin mənzil-qərargahında keçiriləcək iclasda iştirak etmək üçünXİN başçıları bu gün ABŞ-a yola düşəcək.

Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun BMT Baş Assambleyasında çıxışı və digər ölkələrin XİN başçıları ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.