Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun görüşü mayın 28-də Soçidə keçiriləcək.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
İşgüzar səfərə hazırlıq getdiyini vurğulayan Kremlin sözçüsü prezidentlərin mətbuata açıqlamalarının və ya bəyanatlarının olmayacağını qeyd edib.