İrəvanın mərkəzində erməni biznesmənə məxsus avtomobil atəşə tutulub.
Bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə paytaxtın Xancyan küçəsindəki “Vernisaj” bazarının yaxınlığında baş verib. Saat 00:40-da həmin rayonda silah səsləri eşidilib. Polis hadisə yerində 8 ədəd boş giliz aşkarlayıb.
“Renc Rover” markalı avtomobil isə Respublika meydanından tapılıb. Avtomobilin sahibinin adı açıqlanmayan biznesmenə məxsus olduğu bildirilir.