• 12 İyul 2025
logo
Ermənistanda COVID-19-a yoluxanların sayı 231625-ə çatıb

Ermənistanda COVID-19-a yoluxanların sayı 231625-ə çatıb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 303 yoluxma halı qeydə alınıb.
Ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 231625-ə çatıb.
Son 24 saat ərzində ölkədə COVID-19-dan 4 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4636 nəfərə çatıb.