ABŞ-da iki polis güllələnib.
“Chicago Tribune” qəzetinin verdiyi məlumata görə, hadisə dünən yerli vaxtla saat 21.30 radələrində Çikaqo şəhərinin Saut-Sayd rayonunda baş verib.
Nəticədə qadın polis zabiti ölüb, digər polis əməkdaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Polislərə atəş açan şübhəli şəxs də yaralanıb və xəstəxanaya yerləşdirilib.