Əldə olunan bütün faktlar “Mercer Street” tankeri ilə bağlı hadisədə İranın əlinin olduğunu göstərir.
Bunu AB-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“Bütün şahidlər aydın şəkildə İranı göstərir. Avropa Birliyi iyulun 29-da “Mercer Street” tankerinə edilən hücumu şiddətli şəkildə qınayır”, - Borrell bildirib.