• 3 İyul 2025
logo
Ermənistanda COVID-19-a yoluxanların sayı 233400-ə çatıb

Ermənistanda COVID-19-a yoluxanların sayı 233400-ə çatıb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 399 yoluxma halı qeydə alınıb.
"Sputnik Armenia"-ın verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 233 400-ə çatıb.
Son 24 saat ərzində ölkədə COVID-19-dan 5 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 669 nəfərə çatıb.