• 1 İyul 2025
logo
Rusiyada son sutkada COVID-19-dan 816 nəfər ölüb

Rusiyada son sutkada COVID-19-dan 816 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 21 624 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
RIA Novostinin verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 6 600 836 nəfərə çatıb.
Son sutka ərzində 816 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 170 499 nəfərə çatıb.