Türkiyə Əfqanıstanda qalan Gürcüstan vətəndaşlarının təxliyəsinə yardım edəcək.
Bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili deyib.
Nazir müavini bildirib ki, Türkiyə tərəfi Gürcüstan vətəndaşlarının zirehli maşınlarla Kabil aeroportuna təxliyəsinə hazır olduğunu bəyan edib.
Onun sözlərinə görə, artıq əməliyyata başlanılıb və tərəfdaş ölkələr aeroporta gətirilən Gürcüstan vətəndaşlarının təxliyəsini təmin edəcək.