• 3 İyul 2025
logo
İranda 30-50 yaş qrupunda olanlar arasında koronavirusdan ölüm iki dəfə artıb

İranda 30-50 yaş qrupunda olanlar arasında koronavirusdan ölüm iki dəfə artıb

İranda 30-50 yaş qrupunda olan insanlar arasında yeni növ koronavirus (COVID-19) infeksiyasından ölüm iki dəfə artıb.
Bu barədə Koronavirusla Mübarizə üzrə Qərargahın Tehran üzrə şöbə müdiri Nadir Təvəkküli bildirib.
O deyib ki, bundan öncə virusa yoluxanlar arasında ölənlərin çoxu 60 yaşdan yuxarı insanlar idi: “Lakin hazırda yaşlı insanlar peyvənd olunduğu üçün ölüm halı bu yaş qrupunda 50 faiz azalıb. 30-50 yaş qrupunda olan insanlar arasında isə ölüm halı iki dəfə çoxalıb. Bunun səbəbi həmin yaş qrupunda olanların peyvənd edilməməsidir”.
N. Təvəkküli qeyd edib ki, ölkədə virusun ən geniş yayıldığı bölgə Tehran əyalətidir.