Çinin şimal-qərbindəki Şensi vilayətində neft zavodunda partlayış baş verib.
Trend-in məlumatına görə, partlayış nəticəsində 5 nəfərin öldüyü, daha 5 nəfərin yaralandığı bildirilir. 3 nəfərin isə itkin düşdüyü deyilir.
Bildirilir ki, partlayış "Yangcheng Oil Field" şirkətinin həyətində baş verib. Partlayış nəqliyyat vasitəsinə quraşdırılan test qurğusunda qeydə alınıb.