İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 610 nəfər ölüb.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da İranda koronavirusdan ölənlərin sayı 102 648 nəfərə yüksəlib.
İranda ötən sutka ərzində 38 657 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə koronavirusa yoluxanların sayı 4 715 771 nəfərə çatıb.