• 3 İyul 2025
logo
İranda zəlzələ olub

İranda zəlzələ olub

İranın Cənubi Xorasan əyalətində zəlzələ baş verib.
Yeraltı təkanlar 4,1 bal gücündə yerli vaxtla saat 07:05-də Cənubi Xorasan əyalətinin Eşqabad bölgəsində qeydə alınıb. Zəlzələnin ocağı yerin 11 kilometr dərinliyində yerləşib.
Fəsadlar barədə məlumat verilməyib.