Dərbənd şəhərində (Dağıstan) 2022-ci ildə ilk kanat yolu açılacaq.
Bu barədə şəhər merinin köməkçisi Artur Həmzətov mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda layihəndirmə işləri tamamlanmaq üzrədir:
“Növbəti ildən tikintiyə başlanılacaq. Kanat yolunun uzunluğu 3,5 km təşkil edəcək. Sərnişinlər 15 dəqiqə ərzində dəniz sahilindən tarixi Narınqala kompleksinə çatdırılacaq”.