Nüvə enerjisi olmadan qlobal iqlim hədəflərinə çatmaq mümkün deyil.
Bu, BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) hazırladığı hesabatda yer alıb.
Hesabata görə, nüvə enerjisi Paris anlaşması və 2030-cu ilədək Davamlı İnkişaf hədəflərinə çatmağa kömək edəcək enerji mənbəyi olacaq.
"Həmçinin mövcud nüvə elektrik stansiyalarının uzunmüddətli fəaliyyəti təmin edilməlidir", - hesabatda qeyd olunub.