Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 1517 yoluxma halı qeydə alınıb.
“Sputnik Armenia”nın verdiyi xəbərə görə, ölkədə infeksiyaya yoluxanların ümumi sayı 298 069 nəfərə çatıb.
Son sutka ərzində infeksiyadan 57 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 6112 nəfərə çatıb.