Bu gün Cənubi Afrika parlamentinin Keyptaundakı binasında yanğın baş verib.
Bu barədə “France-Presse” agentliyi məlumat yayıb.
Hadisə şahidlərinin agentliyə verdiyi məlumata görə, parlament binası üzərində qatı tüstü qalxır.
Xəbər şəhər fövqəladə hallar xidmətinin nümayəndəsi tərəfindən təsdiqlənib. Onlar yanğını söndürmək üçün əlavə qüvvələr tələb ediblər.
Yanğının lokallaşdırılması hələ ki mümkün deyil.
Zərərçəkənlər barədə məlumat verilmir. Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.