Almaniya xarici işlər naziri Annalena Berbok ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşəcək.
Bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Kristofer Burqer açıqlama verib.
XİN başçısı yanvarın 5-də ABŞ-a səfər edəcək və həmkarı ilə görüşdən sonra həmən axşam Berlinə geri dönəcək.
Annalena Berbokun Blinkenlə Rusiya-Ukrayna gərginliyini müzakirə etməsi gözlənilir.